Ana Sayfa > Karusel / Hadisə > İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edildi
İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edildi21-10-2021, 17:49. Yazar: Admin |
İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib. O bildirib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.(Qafqazinfo) Geri dön |