Ana Sayfa > Karusel / Cəmiyyət > Zooparkdakı izdihama direktordan ÇAĞIRIŞ: “Həftəsonları gəlməyin!”

Zooparkdakı izdihama direktordan ÇAĞIRIŞ: “Həftəsonları gəlməyin!”


21-10-2021, 15:49. Yazar: Admin

Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı oldu. Şəhər sakinlərinə yeni üslubda təqdim edilən zooparkın ziyarətçiləri daha çox həftəsonlarıdır. Akvaterrarium, yeni gətirilən heyvanlar, onlar üçün yaradılan şərait ziyarətçilərin böyük marağına səbəb olur.

 

Zooloji Parkın direktoru Azər Hüseynov Qarabaqinfo.az-a açıqlamasında yenidənqurma işlərindən sonra parka həddindən artıq maraq olduğunu təsdiqləyib:

 

“Xahiş edirəm şənbə - bazar məktəb və bağça kollektivləri uşaqları gətirməsin. Basırıq, sıxlıq olur. Xəstəlik daha da geniş yayılmasın deyə, biz sosial məsafəni qorumaq istəyirik. Amma o qədər sıxlıq olur ki, ara məsafəsini saxlaya bilmirik. Valideynlər övladlarını həftəiçi gətirsələr, daha yaxşı olar. Adam çox olanda yeniliklərə, heyvanlara baxmağa da maneçilik yaranır. Tənzimləməkdə çətinlik çəkirik. Çox istərdik valideynlər özləri övladlarını gətirsinlər. İstəmirik kimsə burada xəstələnsin”. 

 

A.Hüseynov bildirib ki, həftəsonu zooparkda yaranan sıxlığı aradan qaldırmaq üçün şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, departament rəhbərləri, polislər işə cəlb olunub.

 

Zooloji Parkdakı yeniliklərdən bəhs edən direktor qeyd edib ki, burada hər şey gözəldi və ona görə insanların konkret nəyə maraq göstərdiyini demək çətindir.

 

Son olaraq qiymətlər haqqında məlumat verən A. Hüseynov 4 yaşa qədər uşaqlar üçün girişin pulsuz olduğunu bildirib:

 

“4-16 yaş uşaqlar üçün 2 manat, 16 yaşdan yuxarı 5 manat, universitet tələbələri və qazi ailələri üçün də giriş 2 manatdır. Zooloji Parkı ziyarət etmək istəyən şəhid ailələrinə giriş pulsuzdur”


Geri dön