Ana Sayfa > Karusel / Sosial > Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldü

Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldü


21-10-2021, 15:46. Yazar: Admin

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Qarabaqinfo.az xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən bildirilib ki, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.(Apa.az)


Geri dön