Ana Sayfa > Karusel / Region > Bərdədə hamilə qadın əməliyyatdan sonra öldü
Bərdədə hamilə qadın əməliyyatdan sonra öldü21-10-2021, 13:43. Yazar: Admin |
Bərdədə hamilə qadın əməliyyatdan sonra ölüb. Qarabaginfo.az-ın məlumatına görə, rayonun Dalğalar kənd sakini 1990-cı il təvəllüdlü Hüseynova Naibə Mürvət qızı dünən Bərdə Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Bir neçə həftəlik hamiləliyi olan qadının səhhətində problemlər yaranıb. Məlum olub ki, onun hamiləliyi düzgün getməyib və uşaq ana bətnində tələf olub. Həkimlər tələf olmuş uşağı götürmək üçün qadını əməliyyat ediblər. Naibə Hüseynova bu gün səhər saatlarında xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır. Geri dön |