Ana Sayfa > Karusel / İdman > “Barselona” 18 yaşlı hücumçusu ilə 1 milyardlıq müqaviləni rəsmiləşdirib

“Barselona” 18 yaşlı hücumçusu ilə 1 milyardlıq müqaviləni rəsmiləşdirib


21-10-2021, 10:56. Yazar: Admin

 

“Barselona” 18 yaşlı hücumçusu ilə 1 milyardlıq müqaviləni rəsmiləşdirib

“Barselona” hücumçusu Ansu Fati ilə yeni müqaviləni rəsmiləşdirib.

Qarabaginfo.az-ın məlumatına görə, 18 yaşlı forvard klub prezidenti Joan Laportanın iştirak etdiyi tədbirdə yeni sözləşməyə qol çəkib.

Kataloniya təmsilçisi də rəsmi saytı vasitəsilə Fatinin 2027-ci ilin yayına qədər müqavilə imzaladığını açıqlayıb. İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 1 milyard avro olaraq təyin edilib.

Qeyd edək ki, “Barselona” bir müddət əvvəl digər yetirməsi Pedri ilə eyni şərtlərlə yeni müqavilə imzalayıb.


Geri dön