Ana Sayfa > Karusel / Gündəm > Zəngilanla Qafan arasındakı Ağdağ müəmmasına SON QOYULDU
Zəngilanla Qafan arasındakı Ağdağ müəmmasına SON QOYULDU21-10-2021, 10:09. Yazar: Admin |
Azərbaycanın Zəngilan və Ermənistanın Qafan rayonu arasında yerləşən Ağdağ zirvəsinin (ermənilər Pelasar adlandırır-red.) hansı tərəfin nəzarətində olduğuna dair müzakirələr davam edir.
İlk dəfə bu il oktyabrın 16-da Ağdağ zirvəsinə nəzarətin bütünlüklə Azərbaycan tərəfinə keçməsi barədə məlumat yayılıb. İlk olaraq bu barədə “Ermənistan” blokunun üzvü, deputat Anna Qriqoryan açıqlama verdi. O, yüksəkliyin tədricən Azərbaycan tərəfinə təhvil verildiyini bildirib.
Ardınca, Qafan meri Qevorq Parsyan da yayılan xəbərləri təsdiq edib.
Bu xəbərlər fonunda Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlama yayaraq “Ağdağ istiqamətində mövqe dəyişikliyi olmayıb”,- deyə təkzib xarakterli məlumat yaydı.
Amma Ermənistanın güc strukturlarının bundan öncə də - istər müharibə zamanı, istərsə də müharibədən sonra yaşanan proseslərdə dezinformasiyalar yayması hər kəsə məlumdur.
Qarabaginfo.az Modern.az-a istinadən saytı xəbər verir ki, ermənilərin Pelasar, azərbaycanlıların isə Ağdağ adlandırdığı zirvə 2020-ci ilin dekabrından Azərbaycan Ordusunun nəzarəti altındadır. Həmin vaxt GPS vasitəsilə Azərbaycan-Ermənistan sərhədlərinin bəzi istiqamətlərində demarkasiya prosesi həyata keçirilmişdi. Nəticədə, zirvənin böyük hissəsinin Azərbaycanın Zəngilan rayonu ərazisində düşdüyü müəyyən olunub.
Geri dön |