Ana Sayfa > Karusel / Siyasət > Kreml: Putin və Bayden arasında bu ilin sonuna kimi görüş keçirilə bilər

Kreml: Putin və Bayden arasında bu ilin sonuna kimi görüş keçirilə bilər


20-10-2021, 14:20. Yazar: Admin

Dmitri Peskov

 

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında bu ilin sonuna kimi görüş keçirilə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu ilin sonuna kimi Putin-Bayden görüşünün bu və ya digər formatda keçirilməsinin real olduğunu söyləyib.

“Uşakovla Nuland arasında son görüşdə müxtəlif variantlar müzakirə edilib. Putin və Bayden arasında görüşün perspektivləri ilə bağlı müəyyən anlaşmalar əldə edilib”, - deyə Kremlin sözçüsü vurğulayıb.


Geri dön