Ana Sayfa > Karusel / Cəmiyyət > DİN Şəmkirdə oğlu həbs olunan qadının polis tərəfindən hədələnməsi iddiasına aydınlıq gətirib
DİN Şəmkirdə oğlu həbs olunan qadının polis tərəfindən hədələnməsi iddiasına aydınlıq gətirib20-10-2021, 12:22. Yazar: Admin |
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Qarabaginfo.az-a bildirib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Şəmkir rayon sakini Səma Əliyevanın övladı Amid Əliyevin günahsız yerə həbs olunması və S. Əliyevaya təzyiqlər göstərilməsi ilə bağlı iddialar əsassızdır: "Məlumat üçün qeyd edim ki, vətəndaş A. Əliyev 2019-cu ilin noyabr ayında tanışı Nəcməddin Kamilli ilə birlikdə əvvəlcədən əlbir olaraq rayonun Yeniabad kənd sakininin evinə qanunsuz olaraq daxil olub, evdəki pul daxılından 8200 manat nağd pulu oğurlayıblar. Bundan başqa, A. Əliyev 2020-ci ilin yanvar ayında yetkinlik yaşına çatmayan tanışına əldə edəcəkləri qənimətləri bərabər şəkildə böləcəklərini vəd edərək onunla birlikdə rayonun Mahmudlu kəndində yaşayan vətəndaşa məxsus mağazaya qeyri qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 171 manat olan tütün, enerji içkisi və qida məhsullarını gizli yolla oğurlayaraq mənimsəyib. Sonucu olaraq Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Əliyev saxlanılaraq RPŞ-yə gətirilib və bu zaman onun üzərindən qanunsuz olaraq əldə edib saxladığı 10.025 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb." E. Qasımov qeyd edib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə qeyd edilən faktlar üzrə A. Əliyev təqsirli bilinərək azadlıqdan məhrum edilib. Geri dön |