Ana Sayfa > Karusel > Aşura günü Gəncədə insident olub

Aşura günü Gəncədə insident olub


1-10-2017, 17:50. Yazar: Admin

 

Aşura günü Gəncədə insident olub

 

Gəncənin “İmamzadə” ziyarətgahında bir qrup şəxslə polis arasında insident olub.

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasovun “Qafqazinfo”ya verdiyi məlumata görə, Gəncə şəhər “İmamzadə Ziyarətgahı”nda Tasua və Aşura mərasimlərinin keçirilməsi üçün aidiyyəti orqan və təşkilatlar tərəfindən yüksək səviyyədə təşkilatı məsələlər həyata keçirilib.

Belə ki, razılaşdırılmış qaydada ziyarətgaha giriş qadınlar üçün bir qapıdan, kişilər üçün isə digər qapıdan təşkil olunub.

T.Abbasovun sözlərinə görə, axşam saatlarında bir qrup insanlar ziyarətə qadınlar tərəfindən keçməyə cəhd göstərib, nəticədə insident baş verib. İnsidentin qarşısı asayiş keşikçiləri tərəfindən qısa zamanda alınıb və sabitlik bərpa olunub.

Ziyarətgahda keçirilən mərasim təhlükəsiz başa çatıb.

Gəncə Baş Polis İdarəsindən bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.


Geri dön