Ana Sayfa > Karusel / Region > Həkimlər Mixeil Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə edib
Həkimlər Mixeil Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə edib19-10-2021, 21:26. Yazar: Admin |
Mixeil Saakaşvili Gürcüstanda həbsdə saxlanılan keçmiş prezident Mixeil Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi tövsiyə olunur. Qarabaginfo.az xəbər verir ki, bu barədə ona baş çəkən həkimlərdən biri Zurab Pağava jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, siyasətçinin hazırkı vəziyyəti narahatlıq doğurmasa da, gələcək ağırlaşmaların qarşısını almaq üçün onun klinikaya yerləşdirilməsi məsləhət görülür: “Xəstəxanaya təcili yerləşdirilmə tələb olunmur. Lakin Mixeil Saakaşvilinin sağlamlıq durumunun həkimlərin nəzarəti altında saxlanılması məsləhət görülür. Onun vəziyyətində yaxın saatlarda, günlərdə ciddi ağırlaşmalar yarana bilər”. Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı həbsxanada saxlanılan sabiq dövlət başçısı artıq 19-cu gündür aclıq aksiyası keçirir. Oktyabrın 13-də onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müxtəlif profilli həkimlərdən ibarət qrup yaradılıb. Geri dön |