Ana Sayfa > Karusel / Region > Rəsmi Bakı İrəvandan gələn siqnallara müsbət reaksiya verdi ...

Rəsmi Bakı İrəvandan gələn siqnallara müsbət reaksiya verdi ...


19-10-2021, 20:10. Yazar: Admin

Azərbaycan hökuməti İkinci Qarabağ müharibəsi bitdikdən sonra Bakıda cəza çəkən beş erməni hərbçisini (Ambardanyan Mels, Karapetyan Rafik, Manukyan Jora, Manukyan Ovsep, Soqomonyan Sedrak) Ermənistana təhvil verib. Bu barədə redaksiyamıza Azərbaycan hökumətindəki mənbələr məlumat verib.

Bildirilib ki, Ermənistana təhvil verilən hərbçilər hərbi əməliyyatlar zamanı xüsusilə ağır cinayətlər törətməyiblər. Rəsmi Bakı son zamanlar İrəvanın Qarabağ nizamlanmasından sonra sülh prosesinin inkişafı ilə bağlı xeyirxah mövqe nümayiş etdirməsini müsbət qəbul edir. Və bu hərbçilərin geri dönməsi xoşməramlı hərəkət kimi qəbul edilməlidir.

virtualaz.org


Geri dön