Ana Sayfa > Karusel / Hadisə > Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib

Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib


19-10-2021, 19:26. Yazar: Admin

Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib.

Bu barədə Qarabaginfo.az-a "Yeni Klinika"dan məlumat verilib.

"Həkimlərin səyinə baxmayaraq, Elnur Əşrəfoğlu koronavirus səbəbindən vəfat edib", - klinikadan bildirilib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülmüşdü.

Allah rəhmət eləsin!


Geri dön