Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda bir gündə 2102 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib
Azərbaycanda bir gündə 2102 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib19-10-2021, 16:36. Yazar: Admin |
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 505554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479675 nəfər müalicə olunaraq sağalıb, 6793 nəfər vəfat edib, aktiv xəstə sayı 19086 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12189, ötən müddət ərzində isə ümumilikdə 5044744 test aparılıb. Geri dön |