Ana Sayfa > Karusel / Siyasət > Britaniyalı deputat: “Azərbaycan özünə aid olanı geri qaytarmaq üçün haqlı hərəkət edib”
Britaniyalı deputat: “Azərbaycan özünə aid olanı geri qaytarmaq üçün haqlı hərəkət edib”19-10-2021, 16:28. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Lordlar Palatasının üzvü Lord Şeyx Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanova ünvanladığı məktubda qeyd edib. O, Azərbaycan xalqını təbrik edib, iki ölkə arasındakı qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Lord Şeyx deyib ki, geri qaytarılan yeni ərazilərin Azərbaycana uğurla inteqrasiya edəcəyinə əmindir və bu assimilyasiya bölgəyə stabillik gətirəcək. Azərbaycan və Britaniya arasında qarşılıqlı biznes əlaqələrinin önəminə toxunan Lord Şeyx qarşılıqlı ticarətin 1 milyard funt sterlinqi keçdiyini bildirib. Lord Şeyx bu əlaqələrin daha da güclənməsi üçün qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin önəminə toxunub. Parlamentari bildirib ki, Azərbaycanı daha əvvəllər ziyarət etsə də, yenidən Azərbaycana səyahət etmək istəyir.(Apa) Geri dön |