Ana Sayfa > Karusel / Kriminal > Zaqatalada gənc qızı maşın vurub, vəziyyəti ağırdır

Zaqatalada gənc qızı maşın vurub, vəziyyəti ağırdır


15-11-2018, 12:31. Yazar: Admin

 

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qarabaginfo" "Report"un Şimal-qərb bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Oruc Abdulməcid oğlu Şabanov idarə etdiyi “Naz-Lifan” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Yuxarı Tala sakini, 22 yaşlı Məryəm Nəriman qızı Həmzəyevanı vurub.

Yaralı qadın Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Xəstəxanada ona ağır kəllə beyin travması və beyinin əziyi diaqnozu qoyulub. Onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. 


Geri dön