Qarabaginfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan iki günlük Moskvaya səfər edəcək.
Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupunun iclası keçiriləcək. Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevlə danışıqlar aparacaq.
Qeyd edək ki, tərəflər bölgədə kommunikasiyaların açılması ilə bağlı müzakirələr aparacaqlar.
Xatırladaq ki, İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 2021 -ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması haqda qərar qəbul edilib.(Konkret.az)