Ana Sayfa > Karusel / Dünya > Elnur Əşrəfoğlunun vəziyyəti AĞIRLAŞDI

Elnur Əşrəfoğlunun vəziyyəti AĞIRLAŞDI


19-10-2021, 11:06. Yazar: Admin

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəziyyəti daha da ağırlaşıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-a onun həyat yoldaşı İlahə Şükürova bildirib.

 

İ.Şükürova səhər saatlarında həkimlərin bu barədə onları məlumatlandırdığını deyib:

 

“Zəng edib dedilər ki, irəliləyiş yoxdur, daha da pisləşib”.

 

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu. ECMO-ya bağlı qanaxma yenidən başladığından oktyabrın 11-də cihazdan ayrılıb. Buna baxmayaraq, həkimlər xəstənin müxtəlif orqanlarında qanaxmanın dayanmadığını açıqlayıb.


Geri dön