Ana Sayfa > Karusel / Sosial / Cəmiyyət > Komitə sədrinin müavini icra hakimiyyətlərinin fəaliyyətindən narazıdır
Komitə sədrinin müavini icra hakimiyyətlərinin fəaliyyətindən narazıdır19-10-2021, 10:45. Yazar: Admin |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda məişət zorakılığı ilə bağlı baş verən məsələlərlə məşğul olur. Bu istiqamətdə bütün yerli icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir.
Qarabaqinfo.az-ın məlumatına görə, bunu "Məişət zorakılığı media müstəvisində" mövzusunda keçirilən təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, monitorinq qruplarına müxtəlif kontingentdən olan şəxslər daxildir: "Monitorinq qrupları tədqiqatlar aparmalı, müxtəlif tədbirlər həyata keçirməlidirlər. Lakin monitorinq qruplarının işi bizi qane etmir".
O həmçinin qeyd edib ki, Azərbaycanda məişət zorakılığı ilə bağlı baş vermiş məsələlərlə məşğul oluruq. Ölkədə məişət zorakılığı istiqamətində fəaliyyət göstərən sığınacaqlar var: "Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində bu sığınacaqlar mövcuddur Geri dön |