Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov BQXK-nın vitse-prezidentini qəbul edib

Ceyhun Bayramov BQXK-nın vitse-prezidentini qəbul edib


18-10-2021, 19:00. Yazar: Admin

Ceyhun Bayramov BQXK-nın vitse-prezidentini qəbul edib

18 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov ölkəmizin BQXK ilə faydalı əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.


Geri dön