Ana Sayfa > Karusel / Kriminal > Şirkət rəhbərinin oğlunun ibtidai istintaqı başa çatıb

Şirkət rəhbərinin oğlunun ibtidai istintaqı başa çatıb


13-11-2018, 10:28. Yazar: Admin

Hakim ve savcı atamaları Resmi Gazete’de

"Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışovun oğlu Samir Alışov və şirkətin əməkdaşı Elçin Əsədovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz kərimovun icraatına verilib.

Məhkəmə iclası noyabtın 21-də başlayır.

Qeyd edək ki, S.Alışov və E.Əsədov bir mənzili təkrarən sataraq dələduzluq etməkdə təqsirli bilinirlər.

Cinayət işi üzrə 22 zərərçəkmiş var.

“Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin sədri Cahangir Alışov da eyni əmələ görə həbs edilib. Hazırda onun ibtidai istintaqı davam etdirilir.

Xatırladaq ki, C.Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.


Geri dön