Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Şəkidə 51 yaşlı kişi bıçaqlanıb
Ana Sayfa > Karusel / Region / Kriminal > Şəkidə 51 yaşlı kişi bıçaqlanıb

Şəkidə 51 yaşlı kişi bıçaqlanıb


18-10-2021, 16:17. Yazar: Admin

 

Şəkidə 51 yaşlı kişi bıçaqlanıb

Şəki şəhərində bıçaqlanma hadisəsi baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospektində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1970-ci il təvəllüdlü Murad Xeyrullah oğlu Səmədov şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı qonşusu Səlahəddin İsmayılov tərəfindən bıçaqlanıb. Kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan 51 yaşlı M.Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Səlahəddin İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön