Ana Sayfa > Karusel / Sosial / İqtisadiyyat > Maaş, pensiya və sosial müavinətlərlə bağlı təkliflər hökumətə göndəriləcək

Maaş, pensiya və sosial müavinətlərlə bağlı təkliflər hökumətə göndəriləcək


18-10-2021, 13:57. Yazar: Admin

Yaxın günlərdə əmək haqqıları, pensiya, təqaüd və sosial müavinətlərin artırılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq.


Qarabaqinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev türkiyəli həmkarı Vedat Bilginlə birgə keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, nəzərdə tutulan artımlar ötn illərdə həyata keçirilən sosial paketlərin davamıdır.

 

"Bu sərəncam 1 milyon 800 min vətəndaşı əhatə edir. Əməkhaqqılardakı artımlar 1 milyona yaxın işçiyə, müavinət və pensiya artımı 450 min nəfərə, həmçinin tələbələrə, əhalinin aztəminatlı hissəsinı şamil olunacaq. Bu, sosial konsepsiyaya uyğun olaraq əhalimin rifahının artırılması məqsədi güdür"

Qeyd edək ki, Prezident İlham Əliyev 16 oktyabr 2021-ci il tarixdə “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb və qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq təqdim ediləcək


Geri dön