Ana Sayfa > Karusel / Təhsil > 20 nömrəli məktəb-liseydə 20 şagird və 15 müəllimdə koronavirus aşkarlanıb - YENİLƏNİB

20 nömrəli məktəb-liseydə 20 şagird və 15 müəllimdə koronavirus aşkarlanıb - YENİLƏNİB


18-10-2021, 13:33. Yazar: Admin

20 nömrəli məktəb-liseydə 20 şagird və 15 müəllimdə koronavirus aşkarlanıb - YENİLƏNİB


Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən verilən xəbərə görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

APA


Geri dön