Ana Sayfa > Karusel / Gündəm > Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir - Video

Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir - Video


16-10-2021, 12:41. Yazar: Admin

Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir

 

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Döyüş atışlarının əsas məqsədi şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Atış çalışmalarında döyüş heyətləri “OSA” ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri yerinə yetirirlər.

Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra edirlər.


Geri dön