Ana Sayfa > Karusel / Kriminal > Şabranda xəstə "Cinçıxartma" adı ilə döyülərək öldürülüb

Şabranda xəstə "Cinçıxartma" adı ilə döyülərək öldürülüb


12-11-2018, 11:12. Yazar: Admin

 

 

 

"Qarabaginfo" "Report.az"a istinadən məlumat verir ki, Bakı şəhər sakini Murad Şahin oğlu Soltanovun üzərində xəsarətləri olan meyiti Şabran rayonunda kirayədə yaşadığı evdə aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, Şabran rayon sakinləri - Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq psixi xəstəlikdən əziyyət çəkən Murad Soltanovu "cinçıxartma" müalicə üsulu adı ilə bədəninin müxtəlif nahiyələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər.

M.Soltanov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

 


Geri dön