Ana Sayfa > Karusel / Hadisə > ”Metro-City” ticarət mərkəzində yanğın başlayıb

”Metro-City” ticarət mərkəzində yanğın başlayıb


16-10-2021, 09:30. Yazar: Admin

“Metro-City” ticarət mərkəzində yanğın

 

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında “Metro-City” ticarət mərkəzində yanğın başlayıb.

Qarabaginfo.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Bakı Nəqliyyat Agentliyindən Qarabaginfo.az-a verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.


Geri dön