Ana Sayfa > Karusel / Siyasət > Avropa Parlamenti Britaniyada millət vəkilinin öldürülməsinə reaksiya verib

Avropa Parlamenti Britaniyada millət vəkilinin öldürülməsinə reaksiya verib


15-10-2021, 19:42. Yazar: Admin

Avropa Parlamenti Britaniyada millət vəkilinin öldürülməsinə reaksiya verib

Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber İngiltərənin Mühafizəkarlar Partiyasından olan deputat David Amesin öldürülməsini faciə adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə partiya rəhbəri öz 

tviter

 səhifəsində məlumat verib.

Qeyd edək ki, millət vəkili David Ames seçki dairəsinə edilən hücumdan sonra bıçaq yaralarından ölüb.

Ames Lee-on-Sea şəhərindəki Belfares Metodist Kilsəsində hücuma məruz qalıb.

Hazırda həbsdə olan 25 yaşlı gənc qətldə şübhəli bilinərək saxlanılıb.


Geri dön