Ana Sayfa > Karusel / Gündəm > Siyavuş Novruzova AĞIR İTKİ

Siyavuş Novruzova AĞIR İTKİ


15-10-2021, 17:04. Yazar: Admin

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məmmədəli Novruzov vəfat edib.

BDU-nun Mətbuat xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, 65 yaşında dünyasını dəyişən M.Novruzov 1973-1978-ci illərdə bu universitetin Filologiya fakültəsində təhsil alıb.
1981-1984-cü illərdə universitetdə aspirant olub.
1985-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.
Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb. 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub.

Qeyd edək ki, Məmmədəli Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.

Allah rəhmət eləsin!


Siyavuş NovruzovaAĞIR İTKİ

Geri dön