Ana Sayfa > Karusel / Siyasət > Zakir Həsənov Fransa nümayəndə heyəti ilə görüşüb - FOTO

Zakir Həsənov Fransa nümayəndə heyəti ilə görüşüb - FOTO


15-10-2021, 16:19. Yazar: Admin

 

Jerard Çeşnel, Zakir Həsənov

 

 

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransa Respublikasının Piyada əleyhinə minaların məhv edilməsi üzrə milli komissiyasının (CNEMA) prezidenti Jerard Çeşnelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Qarabaqinfo.az-a verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbədən sonra azad edilən ərazilərdə aparılan mina və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə bağlı məlumat verib.
J.Çeşnel isə öz növbəsində Vətən müharibəsində şəhid olanlarla bağlı başsağlığı verdikdən sonra rəhbərlik etdiyi komissiya tərəfindən azad edilən ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə qarşılıqlı əlaqədə lazımi köməklik göstərməyə hazır olduqlarını qeyd edib.


Geri dön