“Ölkədə yenidoğulmuşlar arasında COVID-ə yoluxanlar var”.
Qarabaqinfo.az-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib.
O, hər yaş qrupunda, o cümlədən kiçik yaş qrupunda koronavirusa yoluxanlar və xəstəliyi ağır keçirənlərin olduğunu bildirib.