Ana Sayfa > Karusel / Gündəm > DİN: Azyaşlılara tütün məlumatları satan 242 nəfər cərimələnib
DİN: Azyaşlılara tütün məlumatları satan 242 nəfər cərimələnib15-10-2021, 12:33. Yazar: Admin |
Daxili İşlər Nazirliyi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır. Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin “102 - Xidməti-Zəng Mərkəzi Sistemi”nə və www.mia.gov.az elektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilir. Geri dön |