Ana Sayfa > Karusel / Qarabağ > Vətən Müharibəsinin 19-cu günü: 15 oktyabrda nələr baş verdi?

Vətən Müharibəsinin 19-cu günü: 15 oktyabrda nələr baş verdi?


15-10-2021, 07:31. Yazar: Admin

Düşmən Tərtəri yenidən atəşə tutdu, mülki şəxs yaralandı Düşmən Tərtəri yenidən atəşə tutdu, mülki şəxs yaralandı - 24media.azVətən Müharibəsinin 19-cu günü: 15 oktyabrda nələr baş verdi?

15 oktyabr 2020-ci il. Müharibənin bu günü daha çox Ermənilərin Tərtəri vurması ilə yadda qaldı. Hər zaman dinc sakinləri hədəf seçən düşmən, bu dəfə isə dini inanc yerlərini, xüsusən qəbiristanlıqları hədəf aldı. İnsanların cəm şəkildə toplaşaraq dəfn mərasimdə iştirak etdiyi vaxt mənfur düşmən öz çirkin əməlin həyata keçirtdi. Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığına ağır artilleriyadan intensiv atəş açması nəticəsində 4 mülki şəxs həlak oldu, 4 nəfər isə ağır yaralandı.

Ordumuz isə bu təxribatların qisasını cəbhədə alırdı. 30 illik həsrətdən sonra demək olar ki, hər gün torpaqlarımızın bir qisminin azad olunması Ordumuzu daha da ruhlandırırdı.

 

Azərbaycan Ordusunun tarixi qələbəsini bu günlərdə daha çox Ali Baş Komandanın tviter səhifəsindən öyrənə bilirdik. Prezident İlham Əliyev oktyabrın 15-i, 2020-ci ildə özünün rəsmi “Twitter” səhifəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndlərinin işğaldan azad edildiyini açıqladı.

 

Ordumuz döyüşərək işğal edilən torpaqları azad edirdi. Mənfur düşməni doğma torpaqlarımızdan bir dəfəlik qovurdu. Düşmənin öz qanında boğulmasına isə 25 gün qalırdı.(Apa)


Geri dön