Ana Sayfa > Karusel / Gündəm > Binədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi - Fotolar

Binədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi - Fotolar


8-11-2018, 10:56. Yazar: Admin

 

Binədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi

 

160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək. "Qarabaginfo" “Qafqazinfo.az”a istinadən məlumat verir ki, marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Noyabrın 10-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

Qeyd edək ki, oktyabrın 1-də sözügedən marşrut xəttinin avtobusu qatarla toqquşmuş, nəticədə 1-i şagird olmaqla 2 nəfər vəfat edib, 42 nəfər isə yaralanmışdı.

 



 


Geri dön