Ana Sayfa > Karusel / Qarabağ > “Şübhə yoxdur ki, ordunun müəyyən hissəsi şəhərə daxil olmuşdu” - Xankəndi alına bilərdimi? – AÇIQLAMA

“Şübhə yoxdur ki, ordunun müəyyən hissəsi şəhərə daxil olmuşdu” - Xankəndi alına bilərdimi? – AÇIQLAMA


14-10-2021, 19:35. Yazar: Admin
“Şübhə yoxdur ki, ordunun müəyyən hissəsi şəhərə daxil olmuşdu” – Xankəndi alına bilərdimi? – AÇIQLAMAsharethis sharing button

Bizim toplum övladı kimi sahib çıxdığı məğlubiyyətdən imtina edə bilmir, qələbəyə ögey yanaşır. Ölkədə dəhşətli dərəcədə neqativ düşüncədə dayanan və bunu zor yolu ilə qəbul etdirməyə çalışanların dairəsi formalaşır. Götürək elə Xankəndi məsələsini. Dəfələrlə yazıldı, deyildi, amma görünür ki, unutqanlıq o qədər böyük problemdir ki, dünya qədər xidməti də heçə saya bilməyə hesablanır”.

Qarabaginfo.az xəbər verir ki,bu fikirləri konkret.az-a açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. Daha sonra ekspert “Xankəndi alına bilərdimi?” sualını belə şərh edib: “Şübhə yoxdur ki, Azərbaycan ordusunun müəyyən bir hissəsi şəhərə daxil ola bilmişdi, amma atəşkəs imzalandı və müharibə bitdi. Niyə o mərhələdə bitdi? Niyə dayandıq və ya nə baş verdi? Dövlət rəhbəri bu haqda 10 noyabr gecəsi və sonrakı aylarda dəfələrlə izah verdi, sonra isə fərmanla Qarabağın taleyini aydınlaşdıran addımı atdı. Müəyyən müddətdə xalqların birgəyaşayşına hazırlıq üçün zaman tanındı. Görəsən, bir çoxları bilirmi ki, hazırda Azərbaycanın azad etdiyi ərazilərdəki fəaliyyətinə görə neçə iş insan haqları məhkəməsinə göndərilib? Müharibə dövrü daxil, sonrakı zaman ərzində hansı dövlət rəhbərləri konkret nə addımlar atıb? BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün oktyabrın əvvəlində Azərbaycana dair qətnaməsi qəbul edilsəydi, nəticəsi necə olacaqdı? Ümumiyyətlə missiyası yalnız münasibət bildirmək və sosial şəbəkə monipulyatorlarının feyk xəbərlərinə alət olan xeyli nəfərlər var”.

Əziz Əlibəyli – Yenicag.Az

Əziz Əlibəyli əlavə edib ki, indi sülhməramlı, Xankəndi, birgəyaşayış kimi məhfumlar yenə də gündəmdədir: “Bizim proqram aydın və konkretdir. İndi baxaq ermənilərə. Rusiya sülhməramlılarının Qarabağda perspektivdə mövcudluğu qeyri-müəyyəndir. Bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. “Biz geosiyasi hadisələrin və supergüc maraqlarının fokusundayıq. Göyçə, xüsusilə də Zəngəzurda problemlər Ermənistan üçün ciddi nəticələrə gətirib çıxara bilər. Xarici və daxili təhdidlər bizim qapılarımızı döyür” – Ohanyan bildirib. Azərbaycan o qədər irəliləyib ki, onsuz da az sonra həllini tapacaq Qarabağ deyil, bu tələdən, qara – bağçılıqdan qurtulmaq və böyümək lazımdır. Az qala bizim toplum sahib çıxdığı məğlubiyyətdən imtina edə bilmir. Halbuki, bizim balamız qələbədir. Ona ögey yanaşır”.(konkret.az)


Geri dön