Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda bir gündə 1448 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib
Azərbaycanda bir gündə 1448 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib14-10-2021, 16:58. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 496 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 229 nəfər müalicə olunaraq sağalıb, 6 720 nəfər vəfat edib, aktiv xəstə sayı 13 831 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 092, ötən müddət ərzində isə ümumilikdə 4 989 627 test aparılıb.
Geri dön |