Ana Sayfa > Karusel / İnfrastruktur > Bakı-Quba-Rusiya sərhədi yolunun 16-30-cu km-lik hissəsində təmir yekunlaşır - FOTO
Bakı-Quba-Rusiya sərhədi yolunun 16-30-cu km-lik hissəsində təmir yekunlaşır - FOTO14-10-2021, 15:25. Yazar: Admin |
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km-dən (VAZ dairəsi) 30-cu km-dək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri sonuncu mərhələ üzrə aparılaraq yekunlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "APA-Economics"ə verilən məlumata görə, hazırda yenidənqurma işləri sözügedən yolun 28-30-cu km-lik hissəsində aparılır. Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir. Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla iki laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq işlər sonuncu 2 km-lik hissədə aparılır. Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib. Qeyd edək ki, təmir-bərpa işlərinin 1-ci hissəsi üzrə magistralın 30-cu km-dən (Sumqayıt) 16-cı km-dək (VAZ dairəsi) olan hissəsində yenidənqurma işləri artıq bitib. Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, AAYDA-nın rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Geri dön |