Ana Sayfa > Karusel / Kriminal > Bakıda piyadanı avtomobillə vurub öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda piyadanı avtomobillə vurub öldürən şəxsin məhkəməsi başlayıb


2-11-2018, 10:49. Yazar: Admin

 

 

Bakıda yük maşını qəza törətdi: ölən var

Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Telman Xanəliyev cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Qarabaginfo" "Report.az"-a istinadən xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə Nərimanov rayonunun Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, bu il avqustun 16-da saat 7 radələrində Bakı şəhər sakini Telman Xanəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Masallı rayon sakini Seymur Müzəffərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.


Geri dön