Ana Sayfa > Karusel / Gündəm > Avtobus qəzasında yaralananların SON DURUMU
Avtobus qəzasında yaralananların SON DURUMU14-10-2021, 12:35. Yazar: Admin |
Oktyabrın 13-də aeroport yolunda baş verən ağır qəzada yaralananların vəziyyəti barədə məlumat açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən (KTM bildirilib ki, xəstəxanada 4 nəfərin müalicəsi davam etdirilir:
“Onlardan 1 nəfər reanimasiyadaddır. Hamısının vəziyyəti stabildir”.
3 saylı Şəhər Klinik Xəstəxanasından da Modern.az-a verilən məlumata görə, xəstəxanada olan 4 nəfər reanimasiyadadır, onlardan 1-nin vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicəalan 4 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Qeyd edək ki, dünən saat 6:40 radələrində aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri - Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb,17 nəfərin müalicəsi isə davam edir. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Geri dön |