Ana Sayfa > Karusel / Siyasət > XİN: Rusiya Qarabağ üzrə üçtərəfli razılaşmaların sözsüz yerinə yetirilməsinin tərəfdarıdır

XİN: Rusiya Qarabağ üzrə üçtərəfli razılaşmaların sözsüz yerinə yetirilməsinin tərəfdarıdır


14-10-2021, 12:33. Yazar: Admin

Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn danışıqlar prosesinin bərpası üzərində diqqət cəmlənməlidir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi 

“Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, habelə 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarının bütün müddəalarının sözsüz yerinə yetirilməsinin tərəfdarıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi həftəlik brifinqdə deyib. “Biz hesab edirik ki, bununla Bakı və İrəvan arasında qarşılıqlı münasibətlərin, o cümlədən ikitərəfli mürəkkəb məsələlərin normallaşması üçün mühüm imkanlar yaranacaq”, - deyə M. Zaxarova əlavə edib.

O, Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin oktyabrın 13-də Moskvada keçirilmiş görüşünə də toxunub, bunu problemlərin aradan qaldırılması, etimad mühitinin yaradılması, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması baxımından unikal format adlandırıb.


Geri dön