Ana Sayfa > Karusel / Kriminal > Mingəçevirdə silah-sursat aşkarlanıb

Mingəçevirdə silah-sursat aşkarlanıb


14-10-2021, 10:51. Yazar: Admin

Xocavənddə silah-sursat aşkarlandı | Report.az

Daxili İşlər Nazirliyinin ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki  çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub.

         DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.Oradan 823 ədəd avtomat və 31 ədəd iri çaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb. Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

         Faktla bağlı araşdırma aparılır.


Geri dön