Dövlət Vergi Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 11,1 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfədən çoxdur.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.