Ana Sayfa > Karusel / Region > Mixeil Saakaşvili üçün həkim qrupu yaradılıb

Mixeil Saakaşvili üçün həkim qrupu yaradılıb


13-10-2021, 21:57. Yazar: Admin

 

Mixeil Saakaşvili üçün həkim qrupu yaradılıb
Mixeil Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müxtəlif profilli həkimlərdən ibarət qrup yaradılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən formalaşdırılan qrupun fəaliyyəti sabiq dövlət başçısının razılığından asılı olacaq.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi həbsxanasına yerləşdirilən siyasətçi artıq 13-cü gündür aclıq aksiyası keçirir. Onun vəziyyətinin tədricən ağırlaşdığı və səhhətində problemlərin yarandığı bildirilir.(Report)


Geri dön