Ana Sayfa > Karusel / Gündəm > Xankəndinin deputatı: "Erməni dilini öyrənməyə başlamışıq"

Xankəndinin deputatı: "Erməni dilini öyrənməyə başlamışıq"


13-10-2021, 14:01. Yazar: Admin

 

“Qarabağa dönüş” İctimai Birliyi (İB) erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək məqsədilə erməni dili kursları təşkil edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev bildirib.

“Erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək üçün biz erməni dili kursları təşkil edirik. Biz erməni dilini öyrənirik, biz erməni dilində danışırıq, biz erməni dilini öyrədirik”, - deyə T. Gəncəliyev qeyd edib.(Demokrat.az)

Geri dön