Ana Sayfa > Karusel / Səhiyyə > Sumqayıtda şagird niyə vəfat edib? - Direktordan açıqlama

Sumqayıtda şagird niyə vəfat edib? - Direktordan açıqlama


13-10-2021, 13:14. Yazar: Admin
Sumqayıtda şagird niyə vəfat edib? - Direktordan açıqlama

Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də halsız olduğunu hiss edib və məktəbə getməyib. Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu məlum olub.

Qarabaginfo.az xəbər verir ki, Sumqayıt şəhər 31 nömrəli məktəbin direktoru Lalə Əliyeva Yenisabah.az-a açıqlamasında Kamil Əsgərovun oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirildiyini, sonradan Bakıda 7 saylı xəstəxanaya köçürüldüyünü bildirib:

“Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib”.

Direktor K.Əsgərovun anasının da koronavirus xəstəsi olduğunu qeyd edib.


Geri dön