Ana Sayfa > Karusel / Mədəniyyət > Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb
Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb13-10-2021, 12:48. Yazar: Admin |
Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb. Qarabaginfo.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev deyib. O bildirib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı xanəndənin səhhətindəki problemlər tərdicən aradan qaldırılır: "Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq". Geri dön |