Ana Sayfa > Karusel / Region > “Ermənistanla heç bir müzakirə aparılmır, sadəcə atılacaq addımlar barədə məlumat verilir” - Koçaryan

“Ermənistanla heç bir müzakirə aparılmır, sadəcə atılacaq addımlar barədə məlumat verilir” - Koçaryan


13-10-2021, 10:27. Yazar: Admin

 “Paşinyan baş nazir olandan bu günə qədər Ermənistanla heç bir müzakirə aparılmır, sadəcə atılacaq addımlar barədə ona məlumat verilir”.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri siyasi strateq Karen Koçaryan Putin-Paşinyan görüşünü şərh edərkən səsləndirib:

“İndi Paşinyana bir məsələ barədə məlumat vermək üçün yenidən Moskvaya çağırıblar. Bu bir həqiqətdir. Əgər lazım bilsələr bizə informasiya verəcəklər. Ola bilər ki, heç bizi məlumatlandırmağa ehtiyac duymasınlar” – Karen Koçaryan vurğulayıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya lideri Putin arasında dünən görüş keçirilib və bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.(Konkret.az)


Geri dön