Ana Sayfa > Karusel / Kriminal > Şamaxıda qanunsuz COVID-19 pasportu satan şəxslərə cinayət işi açılıb

Şamaxıda qanunsuz COVID-19 pasportu satan şəxslərə cinayət işi açılıb


13-10-2021, 09:50. Yazar: Admin

 

Böyük Britaniyada “COVID pasportu”nun tətbiqinə başlanılmayacaq

“Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Şamaxı Rayon Prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.


Geri dön