Ana Sayfa > Karusel / İdman > Kriştianu Ronaldu het-trik sayında rekorda imza atıb
Kriştianu Ronaldu het-trik sayında rekorda imza atıb13-10-2021, 09:18. Yazar: Admin |
Kriştianu Ronaldu
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb. Qarabaginfo.az xəbər verir ki, 36 yaşlı hücumçu buna Lüksemburqa 5:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda het-trik edərək nail olub. Beləliklə, Ronaldu yığmada 10-cu het-trikini rəsmiləşdirib. Daha əvvəl hansısa futbolçu bu uğura imza ata bilməyib. Millidəki qollarının sayını 115-ə çatdıran forvard özünə məxsus bombardirlik rekordunu da yeniləyib. Qeyd edək ki, əsas rəqibindən bir oyun az keçirən Portuqaliya 16 xalla A qrupunda ikinci pillədə qərarlaşıb. Serbiya seçməsi 17 xalla liderdir.(Report) Geri dön |