Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və erməni din xadimlərini görüşdürmək Kirillin nəyinə lazımdır? - “Dini liderlər boş yerə vaxt itirirlər”
Azərbaycan və erməni din xadimlərini görüşdürmək Kirillin nəyinə lazımdır? - “Dini liderlər boş yerə vaxt itirirlər”12-10-2021, 20:50. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya patriarxı Kirilllə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin bugünkü görüşünü şərh edərkən deyib. "Kirill haqlıdır, siyasi amil dini liderlər arasında danışıqları çətinləşdirir. Belə olan halda sual olunur: Nəticənin əldə olunmayacağı əvvəlcədən bəllidirsə Azərbaycan və erməni din xadimlərini görüşdürmək Kirilin nəyinə lazımdır? Böyük ehtimalla Rusiya patriarxı Kremlin təlimatıyla dini liderlərin görüşünü təşkil edib. Moskvaya nəticə lazım deyil, prosesi nəzarətdə saxlamaq istəyir. Kirill həmkarlarını Moskvada görüşdürərkən, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Kremldə görüşürdü. Yenə Paşinyanla Putin hansısa məsələlərdə razılıq əldə edəcəklər, dini liderlər isə boş yerə vaxt itirirlər. Vaxtilə erməni separatizminin və Azərbaycan torpaqlarının işğalının arxasında dayanan erməni kilsəsi barışığa hazır deyil".(Yenisabah.az Geri dön |