Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Rusiyanın dini liderlərinin görüşü keçirildi

Azərbaycan və Rusiyanın dini liderlərinin görüşü keçirildi


12-10-2021, 20:01. Yazar: Admin

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş keçirilib. Görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında baş tutub. Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Şeyxülislam Allahşükür Paşazadə ilə sonuncu dəfə iki il bundan öncə görüşdüyünü xatırladıb.

“Mən sizin üçün darıxmışam. Biz adətən sizinlə müntəzəm olaraq görüşürük. Bu görüşlər hər zaman mehriban, deyərdim ki, qardaşlıq atmosferində keçir. Bu müddət ərzində bir-birimizə qarşı inamlı atmosfer yaranıb. Bu çox vacibdir. Çünki biz sizinlə sadə olmayan məsələləri müzakirə edirik. Bu məsələ dini liderlərin görüşünün gündəliyində dayanır. 30 il ərzində, tanışlığımız dövründə elə bir hal, elə bir mövzu olmayıb ki, bizi ayırsın, gərginlik yaratsın. Biz həqiqətən də hər zaman müzakirə etdiyimiz məsələlərin həllini axtarıb tapmışıq, tapırıq və tapacağıq”, - Moskva və Bütün Rusiyanın Patriarxı Kirill vurğulayıb.

***

18:10

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı rəssam Səttar Bəhlulzadənin "Dağlar və bağlar" rəsmini Bütün Rusiyanın Patriarxı Kirillə hədiyyə edib. Görüş Danilovski Manastırında baş tutub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. Tədbir pandemiyaya görə mətbuat nümayəndələrinin iştirakı olmadan baş tutub.

Qeyd edək ki, sabah Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü planlaşdırılır.


Geri dön